!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ucuz eynəklərin yaratdığı bahalı xəstəliklər... – Oftalmoloq həyəcan təbili çalır

!Reklam – Yazi

 

İstirahət mövsümü başladı. Dəniz, günəş, açıq hava… Sözsüz ki, yay aylarında gün eynəklərindən istifadə mütləqdir. Amma etiraf edək ki, hər kəsin bahalı eynək almağa imkanı çatmır. Bəs aldığımız ucuz eynəklərin gözümüzə nə dərəcədə zərəri var? Amerika Ortokeratoloqlar Akademiyasının üzvü, oftalmoloq-cərrah Günay Əliyevanın sözlərinə görə, gün eynəklərini seçərkən çox diqqətli olmaq lazımdır:

“ Gün eynəkləri mütləq şəkildə keyfiyyətli olmalıdır. Nəyə görə? Çünki keyfiyyətli eynəklərin zərərli ultrabənövşəyi şüalardan qoruyucu filtri olur. Filtr olmadıqda, sadəcə, qara şüşə olduqda bəbək genişlənir və gözə daha çox zərərli şüalar düşür. Belə olan halda eynəyin xeyri yox, əksinə zərəri dəyir.Çünki günəş şüaları göz dibinə təsir etməyə başlayır. Gün eynəklərinin şüşələrində ultrabənövşəyi şüalardan qoruyan UV blokları olmalıdır. Demirəm, hamı gedib bahalı brend eynəyi almalıdır. Türkiyə istehsalı olan elə eynəklər var ki, onlarda qoruyucu filtrlər mövcuddur.Əsas qoruyucu şüşələrin pasportunun olmasıdır. Ucuz eynəklər gözdibi problemlərinə gətirib çıxarda bilər. Hətta pasiyentin yaşla bağlı “sarı nöqtə xəstəliyi” varsa və o, qoruyucu eynək taxmırsa, sözügedən xəstəlik irəliləyə bilər. Bu səbəbdən də eynək seçərkən diqqətli olmaq mütləqdir”.

 

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv