UEFA İngiltərəyə qarşı intizam işi açıb – Kim və necə cəzalandırılacaq?

media-hightechnic-468x90

Futbol üzrə Avropa çempionatının ötən gün baş tutan İngiltərə – Danimarka matçında baş verən olaylar araşdırılacaq.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, UEFA-nın həmin matçla əlaqədar araşdıracağı əsas məqam oyunun əlavə vaxtının 1-ci hissəsində Danimarka yığmasının qapısına təyin olunan penaltinin icrası zamanı ingilis azarkeşlərin qapıçının diqqətini yayındıran davranışlarıdır.

Qeyd olunur ki, penalti yerinə yetirilərkən ingilis azarkeşlər qapıçı Kasper Şmeyhelin gözünə lazer cihazı ilə işıq salıblar. Eyni zamanda, oyundan əvvəl Danimarkanın dövlət himninin ifası zamanı ingilislərin pirotexniki vasitələrdən istifadə etmələri də təhqiqat predmeti olacaq.

Xatırladaq ki, Şmeyhel rəqib komandanın kapitanı Harri Keynin penalti zərbəsini dəf etsə də, o, təkrar zərbə ilə topu tora göndərərək, İngiltərə yığmasının finala çıxışını təmin edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600