UEFA İtaliya klubunu cəzalandırdı

media-hightechnic-468x90

img1753991UEFA İtaliyanın “Napoli” klubunu cəzalandırıb.

Yenicag.az musavat-a istinadən xəbər verir ki, buna Neapol təmsilçisinin azarkeşlərinin qaydalara zidd davranışı səbəb olub.

Avropa Liqasının 1/16 final mərhələsində “Trabzonspor”la Neapolda keçirilən qarşılaşmada azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi “Napoli”yə baha başa gəlib. UEFA həmin oyunda baş verənlərə görə İtaliya təmsilçisini 60 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, Avropa Liqasının 1/4 finalına yüksələn “Napoli” bu mərhələdə Almaniyanın “Volfsburq” klubu ilə qarşılaşacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600