UEFA Türkiyə millisini cəzalandırdı

media-hightechnic-468x90

UEFA Türkiyə millisini Lüksemburqla İstanbulda keçirilən oyunu zamanı meydana kənar əşya atıldığı üçün cəzalandırıb.

Təşkilatdan verilən açıqlamaya görə, sentyabrın 22-də Türkiyənin Lüksemburqu qəbul etdiyi UEFA Millətlər Liqası matçında baş vermiş hadisələrlə bağlı intizam istintaqı yekunlaşıb.

Qurumun qərarına əsasən komandaya tribunaların qismən bağlanması cəzası verilib və cərimə kəsilib.

Bildirilib ki, Türkiyə seçməsi UEFA-nın bayrağı altında keçiriləcək növbəti oyunda tribunalarda 5000 yeri boş saxlamalı olacaq.

Bununla yanaşı, Türkiyə Futbol Federasiyası 25 min avro cərimə ödəyəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa