Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

UFC prezidenti Həbib Nurməhəmmədovun qayıdacağını təsdiqlədi

Reklam: Sinerji Pro

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC-nin yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun qarşıdakı görüşündən bəhs edib.

Yenicag.az Rusiya KİV-nə istinadən xəbər verir ki, UFC prezidenti Nurməhəmmədovla görüşəcəyini təsdiqləyib.

O qeyd edib ki, idmançı ilə Əbu-Dabidə danışıqlar aparacaq:

“Bu, tezliklə olacaq. Nə vaxt ki, vaxt gələcək, mən sizə məlumat verəcəm. İnanıram ki, Nurməhəmmədov rekord 30-0-a görə qayıdacaq”.

Xatırladaq ki, Həbib Nurməhəmmədov 29-cu qələbəsindən sonra karyerasını bitirdiyini elan etmişdi.

Bu yaxınlarda isə Həbib UFC rəhbəri Deyn Uaytla birlikdə çəkdirdiyi şəkili sosial şəbəkədə paylaşaraq “Tezliklə görüşəcəyik”,- rəyini yazmışdı. Rusiya mediası bunu Həbib Nurməhəmmədovun UFC-yə qayıdışına eyham kimi qiymətləndirib.

www.yenicag.az

862