“Üfüqdə Vətən!” layihəsi çərçivəsində gənclər üçün təlimlər və debat keçirildi - FOTO
“Üfüqdə Vətən!” layihəsi çərçivəsində gənclər üçün təlimlər və debat proqramı keçirilib.
Təlimlərin məqsədi iştirakçılarda vətənpərvərlik hissini gücləndirmək, regional inkişaf və milli məsuliyyət mövzularında biliklərini artırmaq, həmçinin yeni təşəbbüslər yaratmaq bacarıqlarını inkişaf etdirmək olub.
Təşkil edilən təlimlərin ilk sessiyasında “Qarabağ Zəfəri: siyasi-hüquqi nəticələr və yeni reallıqlar” mövzusu təqdim olunub. Təlimi Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının əməkdaşı, siyasi elmlər üzrə doktorant Təbrizə Bağırova aparıb.
O, Zəfərin Azərbaycan üçün siyasi-hüquqi nəticələrini, regionda formalaşan yeni reallıqları və gənclərin bu proseslərdə oynaya biləcəyi rolu ətraflı şəkildə şərh edib.
İkinci təlim sessiyasında isə “Zəngəzura baxış: regional inkişafda gənclərin rolu”mövzusu müzakirə olunub. Təlim NDU-nun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zamin Əliyev tərəfindən təqdim olunub.
Sessiyada gənclərin regional inkişaf layihələrində iştirakı və innovativ ideyaların həyata keçirilməsinin əhəmiyyətivurğulanıb.
Təlim çərçivəsində “Mini təşəbbüslər” sosial layihə müsabiqəsi də keçirilib. Müsabiqədə iştirak edən “Smart Corridor”, “Yaşıl Zəngəzur Dəhlizi” və “Turan”komandalarının layihələri müvafiq olaraq birinci, ikinci və üçüncü yerə layiq görülüb.
Layihələr gənclərin praktiki bacarıqlarını inkişaf etdirməyə və regional inkişafda aktiv rol almalarına imkan yaradıb.
Təlim və müsabiqə proqramı gənclərin milli-mənəvi dəyərlərə bağlılığını artırmaq, onların təşəbbüskarlığını dəstəkləmək və regionun inkişafında fəal iştirakını təmin etmək baxımından uğurlu hesab olunub.
Həmçinin təlimin sonunda iştirakçılar NDU-da təşkil edilən Qərbi Azərbaycan otağı və orada nümayiş etdirilən elmi və tarixi materiallarla tanış olublar.
Sonra iştirakçılar üçün kofe breyk təşkil olunub ki, bu da gənclərə həm sosiallaşmaq, həm də fikirlərini müzakirə etmək üçün imkan yaradıb.
Daha sonra gənclər üçün debat mərhələsikeçirilib, iştirakçılar burada əldə etdikləri bilik və ideyaları təqdim edərək fikir mübadiləsiaparıblar.












