Uitkoff və Kuşner Moskvaya gələcək
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşner tezliklə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etməyi planlaşdırırlar.
Yenicag.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.
Agentliyin mənbələrinə görə, görüş bu ay baş tuta bilər. Lakin planların hələ dəqiqləşdirilmədiyi və İrandakı hadisələrə görə vaxtın təxirə salına biləcəyi də vurğulanır./axar.az












