Ukrayna Azərbaycan qazını hədəfə aldı
Ukrayna hökuməti TANAP layihəsinin tikintisinin reallaşmasında mümkün iştirakını nəzərdən keçirməyə başlayıb.
Bu barədə “Ukrtransqaz” şirkətinin baş mühəndisinin müavini Oleq Mixaleviç deyib. TANAP layihəsinin mavi yanacağın nəqlinə dair xarakteristikasına toxunan Mixaleviç bildirib ki, Türkiyə üzərindən Avropaya nəql ediləcək qazın həcmi 10 milyard kubmetr civarında olacaq:
”Nəzərə alsaq ki, işə düşəndən sonra layihənin gücü iki dəfə artacaq, onda Ukrayna olaraq layihəyə qatılmaqla qazın ölkəmizə də nəqlini nəzərdən keçirə bilərik”.
Mixaleçin sözlərinə görə, qazın təchizat terminalı qismində Xorvatiyanın Aralıq dənizində tikintisinə hazırlaşdığı LNG terminalı ola bilər. O, həmçinin əlavə edib ki, Ukraynanın qaz şaxalənməsində iştirakı gələcəkdə ölkəsini Şərqi Avropa dövlətlərinə mavi yanacağın təminatında mühüm tranzitçiyə çevrə bilər.