!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna batalyonunda Azərbaycan bayrağı qaldırıldı – Özəl

!Reklam – Yazi

“Donbass” batalyonunda amerikalılar da döyüşür

10462772_301711159990745_8896653471970042795_nUkraynada separatçılara qarşı döyüşən “Donbass” batalyonunda çadır üzərində Azərbaycanın bayrağı qaldırıldı. YENİCAG.AZ xəbər verir ki, yaxın günlərdə Ukraynanın şərqinə göndəriləcək. “Donbass”da xidmət edən azərbaycanlılar öz çadırlarının üzərində Azərbaycan bayrağını asıblar.

YENİCAG.AZ “Belarus Partizanı” qəzetinə istinadən yaydığı məlumata görə,  “Donbass” batalyonunda hazırda kadrların tamamlanma işləri başa çatır və növbəti bir neçə gün ərzində Ukraynanın şərqinə göndəriləcəklər.

Batalyonda çox sayda xarici vətəndaşlar var. Onların arasında gürcülər və azərbaycanlılar ilə yanaşı ispan və amerikalılar, həmçinin ruslar da var. Qeyd edək ki,”Donbass” batalyonu yarananda onun tərkibində sadəcə Donbass və Ukraynanın digər bölgələrindən olan sakinlərindən ibarət idi. Sonradan könüllü olaraq başqa ölkələrdən, o cümlədən Rusiyadan könüllü olaraq vətəndaşlar qatılıb.

Azərbaycanlı döyüşçülərin 2003-cü ildən sonra bu ölkəyə mühacirət etmiş müxalifət nümayəndələri olduğu bildirilir.

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv