!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Ciddədə nə ƏLDƏ ETDİ? – Amerikalı analitikdən AÇIQLAMA

!Reklam – Yazi

“Ötən gün Ciddədə başlayan ABŞ-Ukrayna danışıqları Vaşinqtonun diplomatik həllə yönəldiyini göstərir. Kiyevin danışıqlara hazır olduğu mesajları iki əsas sual doğurur: bu, real dönüş nöqtəsidir, yoxsa Qərbin dəstəyini qorumaq üçün taktiki gediş?”

Bunu Yenicag.az-la söhbətində amerikalı mütəxəssis İrina Tsukerman deyib.

O, ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində start götürən ABŞ-Ukrayna danışıqları barəsində fikirlərini şərh edib.

Mütəxəssisin fikrincə, Zelenski ərazi bütövlüyündən güzəştə getməyəcəyini açıq bildirir, lakin Ukraynanın uzunmüddətli müharibə, artan itkilər və azalan Qərb dəstəyi ilə üzləşdiyi faktdır:

“Xüsusilə ABŞ-nin yardımı azalır və Tramp administrasiyası Ukraynanın strategiyasını açıq şəkildə tənqid edir. Bu isə Vaşinqtonun Kiyevi danışıqlara daha ciddi yanaşmağa məcbur edə biləcəyini göstərir. Tramp administrasiyası Ukraynanı strateji və maliyyə maraqları çərçivəsində qiymətləndirir. Əgər ABŞ Ukraynanın qələbə şanslarını az görsə, Kiyevə diplomatik güzəştləri nəzərdən keçirməyə təzyiq göstərə bilər”.

İ. Tsukermana görə, rəsmi Ər-Riyadın bu prosesə rəhbərlik etməsi onun qlobal vasitəçilik səylərini gücləndirir:

“Bundan əlavə, Ukrayna Körfəz ölkələrindən əlavə dəstək əldə edə bilər. Hazırda Ukraynanın açıq şəkildə ərazi itkilərini qəbul etməsi mümkün görünmür. Lakin cəbhədə mövqeyi zəifləsə və ABŞ-nin dəstəyi şərtləndirilsə, Kiyev mərhələli diplomatik həlləri nəzərdən keçirmək məcburiyyətində qala bilər. Odur ki, Ciddədəki danışıqlar Ukrayna üçün kritik məqamdır. Kiyev danışıqlara açıq qalaraq, güzəştlərə getmədən Qərbin dəstəyini saxlamağa çalışacaq. Bu proses dərhal sülh gətirməsə də, gələcək güc balansını müəyyən edəcək”.

Rafi Müslümov

www.yenicag.az

153
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv