“Ukrayna MDB-dən çıxsa, geri qayıtmaq çətin olacaq”

media-hightechnic-468x90

images“Ukrayna MDB-dən çıxsa, geri qayıtmaq çox çətin olacaq. Bunu Gürcüstanın timsalında gördük”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu Kremldə MDB ölkələri başçılarının qeyri-rəsmi sammitində çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

“Fikrimcə, Ukraynadakı dostlarımız bunu başa düşürlər. Hazırda Ukrayna tərəfi MDB-də fəaliyyətini de-fakto dayandırıb, ümumi büdcəyə vəsait ayırmır”, – deyə o vurğulayıb.

A. Lukaşenko bildirib ki, MDB-də Ukrayna məsələsinə konstruktiv yanaşmaq lazımdır: “Ukrayna bizim üçün çox vacibdir. Biz bu məsələyə konstruktiv yanaşmalıyıq. Bu bayram günündə bu məsələni müzakirə etmək lazımdır. Qısa da olsa, Ukrayna məsələsinə toxunmalıyıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600