“Savaşda üzləşdiyi uğursuzluqlar Rusiyanın hərbi donanmasını müdafiəyə keçməyə məcbur edib”.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, ABŞ-nin nüfuzlu “Politico” nəşri Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiyanın hərbi donanmasının vəziyyətini dəyərləndirib.
Bu mövzuya həsr olunan təhlildə qeyd edilib ki, Ukrayna uğurlu taktikası sayəsində Rusiyanın Qara dəniz donanmasını çarəsiz duruma salıb.
Məqalədə bildirilib ki, Qara dəniz donanmasının flaqmanı olan “Moskva” kreyserinin və digər gəmilərin batırılmasından sonra bu dəniz birləşməsi ikinci dərəcəli hərbi qüvvəyə çevirilib:
“Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlayanda müvəqqəti işğal edilmiş Krımdakı donanmaya böyük ümid bəsləyirdi.
Məhz oradakı gəmilərdən Ukraynanın mülki və hərbi obyektləri “Kalibr” qanadlı raketlərindən atəşə tutulurdu, Odessadakı Ukrayna dəniz desantını təhdid edirdi.
Ancaq bir çox gəmilərin batırılmasından sonra Ukrayna təşəbbüsü ələ aldı. Savaşda üzləşdiyi uğursuzluqlar Rusiyanın hərbi donanmasını müdafiəyə keçməyə məcbur edib”.
www.yenicag.az