Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Roma Əsasnaməsini imzalamayan Türkmənistanı Aşqabad səfəri zamanı Rusiya Prezidenti Vladimir Putini həbs etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, Ukrayna XİN bu barədə öz “Telegram” kanalında müvafiq bəyanat yayıb.
Ukrayna Xarici İşlər Nazirliyi ümidvar olduğunu bildirib ki, Türkmənistan hakimiyyəti beynəlxalq hüquq normalarına, xüsusən də əvvəllər Rusiya liderinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarına hörmətlə yanaşır.
Sentyabrın 11-də Ukrayna Prezidenti Vladimir Zelenski Monqolustanın Putin haqqında BCM-nin həbsinə dair orderi icra etməkdən imtina etməsinə görə məsuliyyətin bütün dünyanın üzərinə düşdüyünü deyib./Unikal/