Ukrayna ABŞ prezident seçkilərindən əvvəl Rusiyanın iştirakı ilə ikinci Sülh Sammiti keçirməyi planlaşdırır.
Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Bloomberg” nəşri məlumat yayıb.
Məlumata görə, seçkilər 2024-cü ilin noyabrında keçirilməlidir və nəşrin yazdığı kimi, Ukrayna tərəfinin əsas motivasiyası sammitin buna qədər baş tutmasıdır.Qəzet bildirir ki, İsveçrədə keçirilən birinci sammitdə nüvə və ərzaq təhlükəsizliyi, eləcə də oğurlanmış uşaqların geri qaytarılması məsələləri müzakirə olunub və məhz bu məsələlər ətrafında Rusiya Federasiyası ilə ilk əlaqələr qurmaq olar:
“Eyni zamanda, Qərb rəsmiləri qeyd edirlər ki, görüşün dəqiq məqsədi və proqnozlaşdırılan gözləntiləri olmalıdır ki, bunu da qısa zamanda həyata keçirmək çətindir”.
Rafi Müslümov
www.yenicag.az