Ukrayna üçün SONUN BAŞLANĞICI: “Ərazi itkiləri ilə barışmış kimi görünür” – VİDEO
“Ukrayna indiki məqamda birmənalı şəkildə ərazi itkiləri ilə barışmış kimi görünür”.
Bunu Yenicag.az-a açıqlamasında Ukraynanın ərazi itkilərinə razılıq ehtimalını qiymətləndirən politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Ukrayna ABŞ-nin moderatorluğu altında razılaşmanın indiyə qədər işğal olunan torpaqlarının Rusiyada qalması şərti ilə əldə olunacağını bilir.
“Ukraynada hansısa hakimiyyətin işğal olunan torpaqları indidən sonra Rusiya ərazisi kimi qəbul edəcəyinə inanmaq olmaz. Ancaq hər halda indiki dövrdə Ukraynanın bu torpaqları azad etmək potensialı yoxdur”, – deyə o bildirib.
Ətraflı olaraq videoda:
Nəsimi Ələsgərli
Samir Məcidov