Ukrayna vətəndaşları Azərbaycanda qəzaya düşdülər

media-hightechnic-468x90

T2v62EBSx155889ihgcjBu gün günorta saatlarında Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

10 SU 507 dövlət nömrə nişanlı, BMW markalı nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində “Hyundai”da olan Ukrayna vətəndaşları ana və övladı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar – 1976-cı il təvəllüdlü Kebotay Ludmila Nikolayevna və onun oğlu 1997-ci il təvəllüdlü Kebotay Yermaş İqoreviçdir. L. Kebotaya qapalı kəllə-beyin travması, oğluna isə sınıq diaqnozu qoyulub.

Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa