!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna XİN sazişlərin yeni detallarını AÇIQLADI

!Reklam – Yazi

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rumıniya, Slovakiya və Moldovaya səfərlərindən sonra sazişlərin yeni detallarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, nazir bu barədə özünün “Facebook” səhifəsində məlumat verib.

XİN rəhbəri qeyd edib ki, Ukraynanın təkcə Rumıniya ilə deyil, Slovakiya ilə də konsulluq fəaliyyətinin genişləndirilməsi və yeni baş konsulluqlarının açılması barədə razılıq var.

O, vurğulayıb ki, Rumıniya ilə də prosedurların sadələşdirilməsi məqsədilə Buxarest ilə birgə sərhəd nəzarətinin mümkünlüyü barədə razılıq əldə olunub.

“Moldovanın iştirakı ilə formatın üçtərəfli formata genişləndirilməsi perspektivi ilə Ukrayna və Rumıniya hökumətlərinin birgə iclasının keçirilməsi barədə razılığa gəldik. Slovakiya ilə hökumətlərarası məsləhətləşmələr oktyabrın əvvəlinə planlaşdırılır və biz onlara diqqətlə hazırlaşırıq. Belə hökumətlərarası görüşlərdə biz iqtisadiyyat, ticarət, logistika, nəqliyyat, energetika, vətəndaşların hüquqlarının müdafiəsi sahələrində mühüm praktiki layihələri yekunlaşdırırıq. Düşmənin hiss edəcəyi və sonradan ictimaiyyətə açıqlanacağı razılaşmalar burada var”, – deyə xarici işlər naziri qeyd edib.

Xatırladaq ki, Sibiqa ilk xarici səfərlərini bu həftə Buxarest, Bratislava və Kişineuya edib. Bratislavadakı görüşlərdən sonra o, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə də görüş keçirib.

Bratislavada Slovakiyanın baş naziri Robert Fiko və xarici işlər naziri Yuraj Blanarla görüşündə Sibiqa ikitərəfli təhlükəsizlik sazişinin bağlanmasını təklif edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

75
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv