Ukraynada atəşkəs elan olundu
Ukrayna hərbçiləri qanunsuz silahlı birləşmələrin üzvlərinin ölkəni tərk etmələri üçün birtərəfli qaydada atəşkəs elan ediblər.
Bunu Ukrayna prezidenti Pyotr Poroşenko deyib.
“Mənim tapşırığımla atəşkəsin dayandırılması ilə bağlı plan başlayır. Bundan dərhal sonra qısa müddət ərzində sülh planının həyata keçirilməsi üçün Donbas hadisələrinin bütün iştirakçılarından dəstək almalıyıq”, – deyə prezident bildirib.
Prezident deyib ki, atəşkəs qısamüddətli olacaq və bu müddət ərzində separatçılar silahlarını yerə qoymalı, həmçinin regionda qayda-qanun bərpa olunmalıdır.