Ukraynada Qarabağ və Krım beynəlxalq müzakirələri keçirilir — FOTOLAR

media-hightechnic-468x90

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa Azərbaycanlılar Konqresinin Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ilə birgə ”Ərazi bütövlüyü sabitlik və təhlükəsizliyin əsasıdır” mövzusunda beynəlxalq tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Ukrayna və digər ölkələrdən siyasi partiyaların nümayəndələri, beynəlxalq ekspertlər, siyasətçilər, millət vəkilləri iştirak edir. Tədbirdə Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev, Avropa Azərbaycanlıları Konqresinin (AAK) Prezidenti Sahil Qasımov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni, Ukraynanın nüfuzlu media rəhbərləri çıxış ediblər. Beynəlxalq konfransda çıxış edənlər münaqişəli ərazilər, o cümlədən Krım və Qarabağ məsələsi barədə müzakirələr aparıblar.

Qeyd edək ki, tədbir iştirakçıları Kiyevdə ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın abidələrini ziyarət ediblər. Onu da bildirək ki, sözügedən tədbirdə “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər iştirak edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa