!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada qlobal fəlakət ANONSU: “Proseslər nəzarətdən çıxarsa, ekoloji fəlakət yaşana bilər”

!Reklam – Yazi

 

“Avqustun 6-dan Ukrayna ordusunun Rusiya ərazilərində keçirdiyi əməliyyatlar və Kursk vilayətinin bir hissəsinin Ukraynanın nəzarətində olması Rusiya üçün olduqca gözlənilməz bir hadisə idi. Faktiki olaraq, 83 il sonra ilk dəfə olaraq xarici bir ölkənin əsgərləri Rusiya torpaqlarına girib onun ərazilərini nəzarət altına alıblar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.

O, Rusiya tərəfindən işğal olunan Zaporojye Atom Elektrik Stansiyasının soyutma sistemində baş verən yanğından və bunun böyük ölçüdə qlobal fəlakətə çevrilmə ehtimalından söz açıb.

Onun sözlərinə görə, Kurskda yerləşən “Sudja” qazpaylayıcı stansiyanın ələ keçirilməsi Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əhəmiyyətli bir əməliyyatdır:

“Çünki sözügedən qaz xətti ilə Rusiyadan Avropaya təbii qaz ixrac olunur və bu, strateji bir məntəqədir. Bundan başqa, dünən Zaporojye Atom Elektrik Stansiyasında (ZAES) yanğının baş verməsi müxtəlif iddialara gətirib çıxardı. Burada Rusiya Ukraynanı, Ukrayna isə Rusiyanı hadisənin baş verməsində ittiham edir. Faktiki olaraq isə tərəflərdən heç bir məsələ ilə bağlı məsuliyyəti öz üzərinə götürmür.

Təbii ki, AES-lər ilə bağlı məsələ olduqca ciddidir və təhlükəli bir hadisədir. Qeyd edək ki, Ukrayna ordusu Kursk vilayətində yerləşən “Kurçatov” AES-in yaxınlığında artıq mövqelənib və əgər Rusiya tərəfindən proseslərə ciddi müqavimət olmayacağı təqdirdə, həmin AES-in də Ukraynanın nəzarətinə keçməsi mümkündür”.

Mütəxəssisin fikrincə, burada Ukrayna 2 məqsədə çatmaq istəyirdi

“Birincisi, Rusiyanın hücum edən qüvvələrini parçalamaq, ikincisi isə Rusiya ərazilərini əlində saxlamaqla, Kremli sülh danışıqlarına məcbur etmək.

O ki qaldı Çernobıldan sonra növbəti nüvə fəlakətinin baş verməsi məsələsinə, hazırda Enerqodarda baş verən hadisələr hələlik ciddi təhlükə təşkil etmir və yanğının söndürülməsi ilə bağlı proseslər davam edir. Həmçinin MAQATE və Rusiya tərəfindən yayılan məlumatlarda da göstərilir ki, hazırda Zaparojye AES-də təhlükə yoxdur. Lakin proseslər nəzarətdən çıxarsa, habelə AES-ə zərbələr endirilərsə, bu, artıq ekoloji fəlakət deməkdir ki, hər iki ölkə bunddan ciddi şəkildə təsirlənə bilər”.

“Nəzərə almalıyıq ki, əgər ZAES-ə hücum olarsa, radiasiyanın arealı Rusiya ərazilərə qədər yayıla bilər. Bu baxımdan, tərəflər bir-birilərinə qarşı olan gərgin münasibətlərinə baxmayaraq, AES-lər məsələsində kifayət qədər dəqiq davranacaqlar. Xatırladım ki, Rusiya Enerqodarı işğal edən zaman da belə bir yanğın çıxmışdı və o vaxtı da beynəlxalq səviyyədə narahatlıqlar ifadə olunmuşdu. Daha sonra Rusiya nəzarətə götürdüyü ərazilərdə yerləşən AES-ləri özü işlədərək təhlükələri sovuşdurdu. Bu baxımdan, mənə elə gəlir ki, ikinci bir Çernobıl faciəsi bölgədə yaşanmayacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

272
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv