Ukraynada yeni taxıl anbarları tikiləcək – 40 milyonluq layihə

media-hightechnic-468x90

Kanada ilə BMT Ukraynada taxıl anbarı çatışmazlığını aradan qaldırmaq üçün birgə layihə həyata keçirəcəklər.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Ukraynada taxıl saxlanması üçün tələb olunan yeni anbarların inşasını təşkil edəcək.

Məlumata görə, 40 milyon dollar dəyərində qiymətləndirilən layihənin maliyyələşdirilməsini Kanada hökuməti üzərinə götürüb.

Qeyd olunur ki, bu təşəbbüs 2022-23-cü illərdə əlavə olaraq 2,4 milyon ton taxılın saxlanmasını təmin etməyə imkan verəcək.

Ukrayna Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, cari ildə ölkədə 51,1 milyon ton taxıl istehsal edilməsi gözlənilir.

Taxıl anbarlarının bir qisminin müharibənin gedişində sıradan çıxması hazır məhsulun saxlanmasını çətinləşdirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600