Ukraynadan Yanukoviçə daha bir zərbə
Dövlət Maliyyə Monitorinqi Xidməti Viktor Yanukoviç və yaxın ətrafına məxsus 42 offşor şirkətin hesabında olan 1.34 milyard dollara həbs qoyub.
Bunu Ukrayna Baş naziri Arseniy Yatsenyuk Nazirlər Kabinetinin iclası zamanı deyib.
Baş nazirin sözlərinə görə, məhkəmənin qərarı ilə bu pulların həbsi həyata keçirilib: “Əlavə olaraq qeyd etmək istəyirəm ki, bu vəsaitlərin böyük bir hissəsi offşor zonalar vasitəsi ilə Ukraynanın daxili qiymətli kağız bazarında dövlət səhmlərinin alınmasına yönəldilmişdi. Bundan başqa Ukrayna onların oğurladıqları vəsaitlərə görə 19%-ə yaxın illik gəlir ödəyib”.
Yatsenyuk bununla bağlı hüquq-mühafizə orqanlarına və məhkəmə sisteminə həbs olunmuş pulların dövlət büdcəsinə qaytarılması üçün tapşırıq verib.