Ukraynalılar həmyerlimizi sərbəst buraxdı

media-hightechnic-468x90

cf6525bf6e718c73a4c71bf86899d7c2Ukraynanın Luqansk vilayətində bir ay əvvəl itkin düşmüş azərbaycanlı iş adamı, 58 yaşlı Abdulla Həsənovun girov götürüldüyü məlum olub. O iki gün əvvəl yaralı vəziyyətdə sərbəst buraxılıb.

Yenicag.az APA-ya istinadən məlumat verir ki, Ukrayna vətəndaşı, əslən Şəkidən olan A. Həsənov hazırda Rusiyanın Rostov şəhərindədir.

C. Haqverdiyevin sözlərinə görə, naməlum şəxslər A. Həsənovun yaşadığı Pervomaysk şəhərindən kənarda meşəliyin arasında keçən avtomobil yolunda qarşısını kəsərək girov götürüblər. Üzləri maskalı olsa da, qollarında Ukrayna gerbi və bayrağı olub. “Düz bir aya yaxın onu həmin meşəlikdə saxlayıblar. Hər gün işgəncə verərək külli miqdarda pul tələb ediblər. Vəziyyət o yerə çatıb ki, Abdulla canından bezərək damarını kəsib, amma onu ölməyə qoymayıblar. Sonda razılığa gələrək buraxıblar və hazırda o, Rostovdadır. Vəziyyəti olduqca ağırdır”.

Hazırda Ukrayna hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. C. Haqverdiyev deyib ki, belə hal bir neçə dəfə Ukrayna geyimli döyüşçülər tərəfindən baş verdiyi üçün hüquq-mühafizə orqanları belə şəxslərin axtarışına başlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600