!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın Amerikadan GÖZLƏNTİLƏRİ: "Zelenskinin ilk səfərinin ABŞ-yə olması..."

!Reklam – Yazi

“Gözləntilərin ən başında duran əsas məsələ silah yardımıdır”.

Bunu Zelenskinin müharibə başladıqdan sonra ABŞ-yə ilk səfərini şərh edən politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Zelenskinin ABŞ-yə səfəri Ukrayna cəbhəsində proseslərin əvvəlki qədər təhlükəli olmadığından xəbər verir:

“Artıq göründüyü kimi Zelenski ölkədən kənara çıxa bilir. Rusiya Ukrayna ilə münaqişədə istəyinə tam nail ola bilmədi. Ukrayna dağıntılara, insan itkisinə məruz qalsa belə, dirəniş göstərir.

Zelenskinin ABŞ-yə səfərini Rusiyaya qarşı diplomatik əzələ nümayişi kimi qiymətləndirmək olar. Səfərin əsas məqsədi Ukraynanın ABŞ-dən gözləntilərinin olmasıdır. Gözləntilərin ən başında duran əsas məsələ isə silah yardımıdır.

Ukraynanın hələ müharibəyə başlamadan öncə əsas istəyi hava hücumundan müdafiə sisteminin gücləndirilməsi olub. Lakin Qərb məsələ ilə bağlı müsbət addım atmayıb.

Bayden və Zelenskinin görüşdən sonra verdiyi açıqlamalar müsbət yöndə addım atıldığından xəbər verir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv