Rusiya Ukraynanın ixrac blokadısını gücləndirmək üçün gücdən istifadəni genişləndirir.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə məlumatı iş adamlarının fikirlərinə əsaslanan “Reuters” agentliyi yayıb.
Qeyd olunur ki, Rusiyanın bu gecə Ukraynanın İzmail limanını atəşə tutmasından sonra Çikaqo birjasında taxılın qiyməti 6,5 faiz artıb.
İş adamlarının sözlərinə görə, hücum nəticəsində sahibkarlar çox ciddi zərərə məruz qalıblar:
“İzmailə ilk hücumdan sonra taxılın qiyməti 4 faiz artmışdı. Səhərə yaxın isə qiymətlərdə əlavə 2,5 faizlik artım qeydə alınıb.
O baxımdan, tədarükçülər taxıl ixrac mərkəzlərinin atəşə tutulmasından və əsas ixracatçılardan biri olan Ukraynanın bazardan sıxışdırılıb çıxarılmasından son dərəcə narahatdırlar.
İzmail limanına hücum həm də o anlama gəlir ki, Kreml Ukraynanın dəniz ixrac blokadasını bərpa etmək üçün güc tətbiqini artırır”.
www.yenicag.az