“Ukraynanın ordunu maliyyələşdirməyə pulu yoxdur”

media-hightechnic-468x90

Ukraynanın daha ordunun maliyyələşdirilməsini təmin etmək üçün maliyyə resursları yoxdur.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Time” jurnalına müsahibəsində bildirib.

Onun fikrincə, Ukrayna ordusu Qərb dövlətləri, ilk növbədə, Avropa ölkələri tərəfindən maliyyələşdirilməlidir: “Hazırda problem budur, çünki ordumuz heç vaxt indiki qədər böyük olmayıb. Ordu üç dəfə böyüdükdə əlavə maliyyə vəsaiti lazım olur. Ukrayna büdcəsi onu həyata keçirmək üçün kifayət deyil”.

Ukrayna lideri qeyd edib ki, Avropanın Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirə biləcək ayrıca proqramlar yaratmaq lazımdır./Unikal/

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600