Ukraynaya kütləvi təxribatlar hazırlanır

media-hightechnic-468x90

lpo“Mayın 9-da Ukraynanın hər yerində, xüsusilə Kiyev, Xarkov və Xersonda hakimiyyətin əleyhinə kütləvi təxribatlar törədəcəklər”.

Bunu Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov “5-ci kanal”a verdiyi müsahibəsində deyib.

“Onların məqsədi Kiyevdə hakimiyyəti devirməkdi. Paytaxtda ciddi yoxlamalar aparan blok-postlar qurulub. Çünki biz mayın 9-da ciddi təxribatlar gözləyirik. Nəinki paytaxtda, bütün regionlarda belə diqqətli olmaq lazımdır. Bizə qarşı müharibə gedir”, – deyə Turçinov bildirib.

O, bildirib ki, Ukraynanın şərqindəki bütün təxribatlar Yanukoviç və ətrafı tərəfindən təşkil olunur: “Bu, sübut tələb etmir.  Bunu qərbdə çoxdan bilirlər. Rus xüsusi xidmət orqanları Ukraynanın əvvəlki rəhbərliyindən nəinki maliyyə, həm də təşkilati məsələlərdə də istifadə edib”.

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy də mayın 8-i və 9-da ölkə ərazisində kütləvi təxribatların hazırlanacağı ilə bağlı məlumat vermişdi(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600