!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ülvi Qılınc: “Xalq artistidir, pornoulduz kimi şəkil çəkdirib, namusdan danışır”

!Reklam – Yazi

“Baxırsan, xalq artistidir, pornoulduz kimi şəkil çəkdirib, sinə çöldə, xalqa əxlaqdan, namusdan, qeyrətdən dərs keçir”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış müğənni Ülvi Qılınc səsi və sənəti olmayan, titullu həmkarlarından danışarkən deyib.

Müğənni onların ünvanına sərt fikirlər səsləndirib:

“Bu gün sənət cameəsində sənətdən xəbəri olmayan, amma məşhur olmaq istəyən klounlar var. Bir var həqiqi klounlar, bir də var, klounlar edənlər. Güya Azərbaycanı haralardasa təmsil edirlər. Amma xalqın, insanların mədəniyyətini, zövqünü korlamaqla məşğuldurlar. Güya müğənnidir, amma “m” hərfinə aidiyyatı yoxdur. Bu adamın oxumağa, səhnəyə dəxli yoxdur. Oxuya bilmir, amma əməkdar, xalq artistidir. Belə başa düşürəm ki, bunlara həmin titullar qəbirüstü lövhə üçün verilib ki, qəbirlərinin üstünə yazılsın xalq artisti. Yaxud da, aktyor olsun. Vaxtilə sənətkarlarımız olub ki, bu gün də adı hörmət-izzətlə çəkilir. Amma indikilər? Baxırsan xalq artistidir, pornoulduz kimi şəkil çəkdirib, sinəsi-başı çöldə xalqa əxlaqdan, namusdan, qeyrətdən xalqa dərs keçir. Hələ bir dön özünə, keçmişinə bax. Sən keçmişdə kim olmusan? Rus məsəli var, tərcüməsi btlədir: “Palçıqdan xanlığa”. Bəzi xalq artistləri, keçmişlərini unudublar. Onların etdiyi tərbiyəsizliklər insanı qıcıqlandırır”.

Cəvahir

www.yenicag.az

2114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv