Bu gündən 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev təbliğat və təşviqat kampaniyasına start verib.
Ülvi Quliyevin parlament seçkilərilə bağlı yaradılan qərargahında qanunvericilik çərçivəsində təbliğat və təşviqat kampaniyası üçün bütün şərait yaradılıb.
Namizədin seçkilərdə iştirak edəcək səlahiyyətli nümayəndələri, vəkillər və müşahidəçilər müəyyən olunub, işçi qrupu formalaşdırılıb.
Təbliğat-təşviqat məqsədi üçün materiallar hazırdır və komanda işə başlayıb.
www.yenicag.az