Ülviyyə Zülfiqar vəzifəsindən istefa verdi: Yerinə İsmayıl Yaşaroğlu gətiriləcək
Qərbi Azərbaycan İcmasının sözçüsü və Qərbi Azərbaycan Televiziyasının direktoru, tanınmış jurnalist Ülviyyə Zülfiqar vəzifəsindən ayrılıb.
Bu barədə Yenicag.az-a jurnalistin özü məlumat verib.
Jurnalist bu qərarı “səhhəti ilə əlaqədar” verdiyini bildirib:
“İcma mənim üçün fərqli bir təcrübə, çox gözəl bir yol oldu. Qərbi Azərbaycan kimi müqəddəs bir amal yolunda mənim də qatqılarım olduğu üçün qürur duyuram. Bir müddət fəaliyyətimə həm Qərbi Azərbaycan, həm regionda gedən proseslərlə əlaqədar siyasi ekspert kimi davam edəcəm”.
Ülviyyə Zülfüqarın yerinə kmin təyin ediləcəyi ilə bağlı bir neçə versiya mövcud olsa da, jurnalist İsmayıl Yaşaroğlunun bu vəzifəyə gətiriləcəyi ilə bağlı iddialar daha çox səsləndirilir.