Nazpəridən QINAQ ATƏŞİ: “Bir məqsədi var, mahnım trend olsun, toylara gedim”

media-hightechnic-468x90

“Bir amalları var, təki, bir mahnı çıxarsın, o mahnı trend olsun, toylara getsin”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni, Xalq artisti Nazpəri Dostəliyeva “Rəngarəng” verilişində deyib.

O, klassik bəstəkar musiqilərinin yeni nəsil müğənnilər tərəfindən getdikcə unudulduğunu təəssüf hissi ilə bildirib:

“Bizim klassik bəstəkarlarımızın gözəl əsərləri var. Təəssüflər olsun ki, Allah eləməmiş, onlar unudulan səviyyəyə gəlib çıxıblar. Söhbət sənətkarlardan getmir, sənətkarlar hər zaman o bəstəkarların musiqilərini ifa edir, amma gənc müğənnilər başqa istiqamətə yönəliblər. Bu, məni çox təəccübləndirir, həm də təəssüfləndirir. Sosial şəbəkələrin də burada günahı var. İndi müğənnilərin bir amalı var, təki, bir mahnı çıxarsın, o mahnı trend olsun, toylara getsin. Televiziya kanallarımız o bəstəkarların musiqilərini təqdim etməlidirlər”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600