UNESCO rəsmisi: Azərbaycan şəhərlərin planlaşdırılmasında böyük təcrübəyə malikdir

media-hightechnic-468x90

Azərbaycanda şəhərlərin planlaşdırılması və yerli iqtisadiyyatın gücləndirilməsi baxımından yüksək təcrübənin olduğu müşahidə edilir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu UNESCO-nun Kommunikasiya, Şəhərlər və Tədbirlər Bölməsinin rəhbəri Denise Bax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Dayanıqlı Şəhər İnkişafı” adlı müzakirədə deyib.

Onun sözlərinə görə, mədəniyyət inkişaf üçün ən fundamental məqamdır:

“Yaradıcı icmalar gələcək şəhər və şəhərçiliyin əsasını təşkil edir. Məhz bu icmalar gələcək şəhərlərdə baş verən dəyişikliyə münasibətdə dayanıqlılıq nümayiş etdirməlidir. Biz bu mənada Azərbaycanda şəhərlərin planlaşdırılması, yerli iqtisadiyyatın gücləndirilməsi baxımından yüksək təcrübənin olduğunu görürük. Bizim məqsədimiz bu kimi təcrübələri ümumiləşdirmək, təcrübə mübadiləsi aparmaq və vahid BMT yanaşması sərgiləməkdir”.

UNESCO rəsmisi Bakını valehedici şəhər olmaqla yanaşı, həm də mədəni-yaradıcı sənaye mərkəzi kimi görmək istədiyini də diqqətə çatdırıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05