Universitetdə HİV testi keçirildi
Bugün Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının həyata keçirdiyi , “SAĞLAM GƏLƏCƏK,SAĞLAM GƏNCLİK İLƏ GƏLƏCƏK!” layihəsi çərçivəsində Avropa Qiçs həftəliyi kampaniyasına dəstək olaraq , Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tələbələr arasında HİV testi keçirib.
Testin keçirilməsində əsas məqsəd tələbələrin bu virus haqqında nə qədər maarifli olub olmadığını müəyyən etmək və ən əsası isə gəncləri müayinə edərək yoluxma halının olub olmamasını aşkarlamaqdan ibarət idi. Ümumilikdə universitetin bütün fakultələrindən olan tələbələr test – müayinədə iştirak etdilər. Heç bir virusa yoluxma halı aşkarlanmadı.
Bundan əlavə dekabrın 1-də Gəncə Dövlət Universitetində , Beynəlxalq QİÇS-lə mübarizə gününə həsr olunmuş, “Sağlam cəmiyyətin qurulmasında,sağlam gənclik modelinin təşkilinə dair” konfrans keçiriləcək. (anspress.com)