!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Unudulan” SURİYA CƏBHƏSİ: “Rusiyanın Ukrayna ilə müharibədən hansı vəziyyətdə çıxacağı...”

!Reklam – Yazi

“ABŞ Suriya neft ehtiyatlarının az qala yetmiş faizinin yerləşdiyi şimal bölgələrinin Əsədin nəzarətinə qayıtmasına yol vermək niyyətində deyil”.

Bu fikirləri Suriyanın şimalında hərbi gərginiyin artmasının regiondakı ümumi vəziyyətə mümkün təsirini dəyərləndirən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ Suriyanın şimalındakı vəziyyətin onun maraqlarına uyğun şəkildə qalması üçün gələcəyə hesablanmış müəyyən addımlar atmalıdır:

“Bu sırada təbii ki, ilk olaraq, Suriyanın ABŞ-nin nəzarətində olan hissələrində kürd qruplaşmalarının aktivləşməsi və ərəblərə qarşı müəyyən hücum əməliyyatları həyata keçirmələrini qeyd edə bilərik. Terrorçu PKK və digər kürd qruplaşmalarının bu aktivliyinin arxasında ABŞ-nin dayandığı məlumdur.

Lakin indiki şəraitdə Suriyanın şimalında hərbi gərginliyin artmasının şərtləndirən səbəb maraq doğurmaya bilməz. Fikrimcə, burada əsas məqam Vaşinqtonun Ukrayna ilə müharibə “bataqlığı”nda ilişib qalan Rusiyanın vəziyyətini nəzərə almasıdır.

ABŞ-də hesablayırlar ki, Rusiya hər hansə formada müharibəni bitirdikdən sonra öz təsir imkanlarını artırmağa çalışacağı bölgələrdən biri məhz Suriyanın şimalıdır. Əgər Rusiya müharibədən nisbətən normal şərtlərlə çıxarsa, təbii ki, özü ilə yanaşı, Əsəd rejiminin də möhkəmlənməsi üçün imkanlarından yararlanacaq.

ABŞ isə Suriya neft ehtiyatlarının az qala yetmiş faizinin yerləşdiyi şimal bölgələrinin Əsədin nəzarətinə qayıtmasına yol vermək niyyətində deyil. O baxımdan, Suriyanın şimalında müşahidə olunan hərbi gərginlik Vaşinqtonun perspektiv planlarından qaynaqlanır. Bu durum Türkiyə üçün də qəbuledilən olmadığına görə Ankaranın müəyyən gedişlər edəcəyini gözləmək olar”.

A.Zeynalov

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv