Bakıda yeni Dost Mərkəzləri istifadəyə veriləcək.
Yenicag.az-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Onun sözlərinə görə, tezliklə 2 və 3 saylı Dost Mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır: “2 saylı Dost Mərkəzi Xəzər və Pirallahı rayonlarını, 3 saylı Dost Mərkəzi isə Nizami, Suraxanı və Sabunçu rayonlarını əhatə edəcək”.
Nazir bildirib ki, gələn il 85 min ailənin, yəni təqribən 360-370 min insanın ünvanlı sosial yardım proqramı ilə əhatə olunması proqnozlaşdırılır.
S. Babayev qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində də artım gözlənilir: “Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur”.
www.yenicag.az