!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ünvansız ünvanlar - Təcili yardımın tapa bilmədiyi evlər – VİDEO

!Reklam – Yazi

Bakının Binə qəsəbəsində, südçülük sovxozunda bəzi məhəllədaxili ərazilərdə mənzil başına çatmaq üçün sakinlər sözün əsl mənasında əziyyət çəkirlər.

Yenicag.az xəbər verir ki, bu ərazilərdə xüsusilə yanğın söndürən və Təcili Tibbi Yardım maşınları ərazini tapa bilməyəndə əsl faciə yaşanır.

Sakinlər vəziyyəti belə izah edib: “Burada 40 min millət yaşayır. Ünvan yoxdur. Divarın üstündəki “döngə 20” tablosunu mən yazmışam. O rəsmi ünvan deyil, özüm yapışdırmışam. Bura biri “Parnik” yolu deyir, biri beton yolu deyir. Kimin kefi nə istəyir deyir. Təcili yardım maşını gələndə bilmir hara getsin. Çətinlik çəkirik. Əlimizi qaldırırıq ki, filan döngədən dönün”.

Maraqlıdır, adsız ünvanlarda yaşayan sakinlər kommunal xidmətləri necə ödəyirlər?

Sakin: “Ünvan görünmür, bircə ad, familiya, Xəzər rayonu”.

Sakinlərin yaşadığı evlər və torpaq sahələri bir rayona aiddir, kommunal xidmətlər isə digər rayonların balansına ödənilir. Qısası, Xəzər və Sabunçu rayonları arasında hələ də bölüşdürülə bilməyən ərazilər Abşeronun balansındadır.

Xəzər RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı: “O ərazilər İcra Hakimiyyətinə verilməyib. Bələdiyyəyə verilib ki, inzibati ərazidir. Özümüz də bilmirik ki, haranın balansındadır”.

Ekspert Ramil Osmanlı məsələyə münasibət bildirib: “O yerlər problemli ərazilərdir. Orada 300-dən artıq qanunsuz tikililər var. Problemi aradan qaldırmaq üçün kifayət qədər resurs lazımdır. Onu da heç kim öz üzərinə götürmür”.

Ekspertlərin sözlərinə görə, Sovet dövründən qalma bu problemi Bakı Şəhər İcra Hakimiyyəti çoxdan çözməli idi. Məsələ Əmlak Məsələləri Dövlət Komitəsinə verilsə, bu sahədə müsbət dəyişiklik ola bilər. Həm sakinlərin rahatlığı təmin edilər, həm də qurumların məsuliyyəti bir-birinin üzərinə atmasına son qoyular.

COP29

www.yenicag.az

9802
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv