Uşağın əli ətçəkən maşında qaldı

media-hightechnic-468x90

72856Gəncədə bədbəxt hadisə nəticəsində azyaşlı uşağın əli yerindən qopub.

media-banner_tuq

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası baş həkim Azad Quliyevin verdiyi məlumata görə, sentyabrın 17-də Məhsəti qəsəbəsində yaşayan ailənin azyaşlı uşağının əli ət maşınında qalıb.

Hadisə nəticəsində 2 yaşlı Əkbər Qərib oğlu Hüseynovun sağ qolu biləkdən aşağı kəsilib.

“Uşaq xəstəxanaya gətirilərkən şokda idi. Onun əlini xilas edə bilmədik. Əli parçalanmışdı. Onun əlini amputasiya etdik”, – deyə Azad Quliyev bildirib.

Qeyd edək ki, Əkbər Hüseynovun əli elektrik ilə çalışan ət maşınının içində qalıb. hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05