!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlarda diqqət əskikliyi və hiperaktivlik POZUNTUSU: Övladlarınıza bunu etməyin - Psixoloqdan XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Bu cür uşaqları biz tez-tez cəzalandırsaq, bu günün hiperaktivliyi gələcəyin antisosial şəxsiyyətinə çevriləcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında uşaqlarda görülən diqqət əskikliyi və hiperaktivlik sindromu və korreksiyasında mümkün həll yolları haqda danışan psixoloq Gülnar Orucova deyib.

Onun sözlərinə görə, hiperaktivlik sindiromu əvvəlki illərdə xəstəlik kimi qeyd olunsa da, son dövrlərdə buna artıq sindrom kimi qələmə verilir:

“Sindrom da ömür boyu bizlə davam edən bir prosesdir. Lakin bunu müəyyən qədər korreksiya etmək də mümkündür. Lakin bunun tam olaraq aradan qaldırmaq da olmur. Hiperaktivlik uşaqlarda 6-7 ayında etibarən görülməyə başlayır. Hiperaktiv uşaqlar həddindən artıq hərəkətli olur, düz yerdə yeriməkdən daha çox əşyaların – stolun üstü, divanların kənarları ilə hərəkət etməyi sevirlər. Düz yerdə yerisələr belə, daha çox hündürlükdə gəzməyi xoşlayırlar. Bu uşaqlar yorulmur, daim hərəkətdə olur, tez-tez yaşca böyüklərin sözünü kəsirlər. Çox zaman bu cür uşaqları tərbiyəsiz uşaq kimi qələmə verir, çıxış yolunu onları cəzalandırmaqla görürlər. Lakin bu belə deyil, əksinə, bu cür uşaqları biz tez-tez cəzalandırsaq, bu günün hiperaktivliyi gələcəyin antisosial şəxsiyyətinə çevriləcək. Antisosial şəxs də gələcəyin ən çox problemli insanı ola bilirlər”.

Psixoloq qeyd edib ki, hiperaktivlik də bir neçə formada – hərəkətlilik, diqqət əskikliyi və implusivlikdir:

“Onlardan biri də uşaqlarda diqqət əskikliyi hallarıdır. Diqqət əskikliyi olan zaman uşaqlar diqqətini toparlamaqda, eləcə də özlərinə nəzarət etməkdə də çətinlik çəkirlər. Diqqət əskikliyi bəzən qız uşaqlarında özünü daha sakit formada göstərə bilir. İmplusivlik isə hərəkətliliyik və öz hərəkətlərini təxirə sala bilməmədir. Yəni, etməli olmadığı hərəkəti edir və sonradan peşman olur. Hiperaktiv uşaqlar təlimlərdə bəzən uğursuz ola bilirlər. Çünki diqqətini cəmləməkdə çətinlik çəkdiklərinə görə, onlar məktəbdə imlanın yazılmasında, test tapşırıqlarını axıra qədər oxumağa səbrləri çatmadığına görə səhvlərə yol verirlər.

Mütəxəssis əlavə edib ki, bu cür uşaqları danlamaq əvəzinə, tərifləmək daha məqsədəuyğundur:

“Bu cür uşaqları düzgün korreksiya etmək üçün onların gündəlik görəcəyi işlərlə bağlı düzgün cədvəl tərtib edilməli, onun üzərinə məsuliyyət qoyulmalıdır. Onları danlamaq əvəzinə, tərifləmək daha məqsədəuyğundur. Bu uşaqlar daha çox tərif eşidəndə xoşbəxt olurlar və tərif edərək onlara hər hansı işi gördürmək mümkündür. Bu sindromun səbəbləri çox bilinməsə də, müalicə etmək mümkündür. Bunu da təbii ki, psixoloq, nevroloq və digər mütəxəssislərlə birgə çalışmaq olar”.

İsmayıl Bakuvi

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv