!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqları real həyatdan qoparan kompüter oyunları: “Yeniyetmələrin yanlış davranışa meyllənməsi...”

!Reklam – Yazi

“Kompüter oyunlarının həddindən artıq oynanılması uşaqlarda nevrotik halların və aqressiyanın artmasına səbəb olur”.

Bu fikirləri uşaq və yeniyetmələrin müasir kompüter oyunlarına ifrat aludəçiliyinin mənfi təsirləri haqda danışan psixoloq Ezgi Şahin Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uşaq və yeniyetmələrin zərərli kompüter oyunlarından “qopmaması” onların ünsiyyət bacarıqlarının zəifləməsinə gətirib çıxarır:

“Uşaq və yeniyetmələrin müasir kompüter oyunlarından asılılığı nəticəsində onların ünsiyyət bacarıqları zəifləyir. Əvvəlki illərlə müqayisədə uşaqların oyun oynama anlayışları yalnız telefon üzərində qurulub. Təcrübəmdə elə məqamlar olub ki, iki yeniyetmə onlayn oyun oynayarkən, aralarında olan anlaşılmazlıq real həyatdakı münasibətlərinin pozulması ilə nəticələnib.

Bir müddət sonra uşaqlar oyunları real həyatda varmış kimi, dəyərləndirirlər. Kompüter oyunlarının həddindən artıq oynanılması uşaqlarda nevrotik halların və aqressiyanın artmasına səbəb olur. Digər tərəfdən, kompüter oyunları yeniyetmələrdə dərs oxuma vərdişi, danışıq qabiliyyətində nöqsanlara gətirib çıxara bilər.

Uşaqların texnologiyadan istifadə vərdişləri artdığına, kitab oxumadığına, başqa ünsiyyət vasitələrindən istifadə etmədiklərinə görə söz bazalarında azalma müşahidə olunur. Texnologiyanın inkişaf etdiyi dövrdə yanlış davranışa meyllənmək yeniyetmələr üçün daha asan olur”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv