ÜST COVID-19-un mənbəyi ilə bağlı araşdırmaları davam etdirir

media-hightechnic-468x90

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasının səbəblərini araşdırmaqda davam edəcək.

Yenicag.az xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

 

Onun sözlərinə gör, xəstəliyin ilkin hallarının daha hərtərəfli təhlilə ehtiyac var idi.

“ÜST COVID-19 pandemiyasının başlanğıcını başa düşmək üçün fəaliyyətini dayandırmayacaq. Bu, təkcə gələcək pandemiyaların qarşısını almağa kömək edəcəyinə görə deyil, həm də bu virusdan ölən milyonlarla insana borclu olduğumuz üçündür. Bu, ÜST üçün prioritetdir” baş direktor deyib.

Qlobal səhiyyə fövqəladə hala 2020-ci ilin yanvar ayının sonundan 5 may 2023-cü il tarixinədək şahidlik etdi. Təşkilatın saytında dərc olunan 8 noyabr 2023-cü il tarixinə olan məlumata görə, dünyada 771 820 937koronavirusa yoluxma halı, 6 978 175 ölüm halı qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600