!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ÜST-dan QORXUNC STATİSTİKA: Hər il dünyada qripdən yarım milyon insan ölür

!Reklam – Yazi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il dünyada qripə yoluxma nəticəsində baş verən ölüm hallarının statistikasını açıqlayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, ÜST-nin açıqladığı məlumata əsasən, hər il dünyada 290 min-650 min arasında insan qripə yoluxaraq, dünyasını dəyişir.

Qeyd olunur ki, hamilə qadınlar, 5 yaşa qədər uşaqlar, yaşı 65-dən yuxarı olanlar, xroniki xəstəliyi (ürək, ağciyər, böyrək, qaraciyər, metabolik və ya hematoloji) olan insanlar və immun çatışmazlığı olan şəxslər arasında qripə yoluxma halları daha çox baş verir.

Bu arada İstanbulda iki uşağın H1N1 virusuna yoluxaraq, dünyasını dəyişmələri ilə bağlı araşdırmaya başlanılıb. Məlumata görə, bu il Türkiyədə müşahidə edilən qrip viruslarının yarısı A (H1N1) virusudur. Bu virusun yayılma dərəcəsi ötən illərlə müqayisədə eyni olsa da, vəziyyət kritik deyil.

Digər tərəfdən, 2009-cu ildə dünya miqyasında yayılan A (H1N1) virusu artıq “donuz qripi” kimi tanınmır və insanlarda normal qarşılanan mövsümi qrip hesab olunur.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, qrip müalicə olunan xəstəlikdir. Müalicə zamanı yalnız həkim məsləhəti ilə qəbul edilən dərmanların müsbət təsiri olur. Qrip əlamətlərinin özünü göstərdiyi ilk 48 saatda aparılan müalicə daha effektlidir. Antibiotik qəbulunun isə qripin müalicəsinə təsiri yoxdur.

Türkiyənin Dərman Preparatlarına Nəzarət Qurumu ölkənin anbarlarında qrip əleyhinə yetərincə dərman olduğunu açıqlayıb. Bundan əlavə, Səhiyyə Nazirliyinin anbarlarında da kifayət qədər dərman olduğu və o preparatların müntəzəm bazara çıxarıldığı bildirilib.

Gülşən Şərif

www.yenicag.az

1399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv