ÜST-ün baş direktoru: Ebola sürətlə yayılır

media-hightechnic-468x90

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Ebolanın yayılma sürəti və miqyası ilə bağlı narahatlığını bildirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, bu barədə Cenevrədə keçirilən 79-cu Ümumdünya Səhiyyə Assambleyasında çıxışı zamanı danışıb.

“Bu epidemiyanın sürəti və miqyası məni son dərəcə narahat edir”, – deyə Qebreyesus ifadə edib.

O, Konqo Demokratik Respublikası və Uqandada Ebola virusunun yayılması səbəbindən ilk dəfə fövqəladə vəziyyət elan etdiyini açıqlayıb

Qebreyesus əlavə edib ki, bu günə qədər 500-dən çox şübhəli Ebola hadisəsi və 130-dan çox ölüm hadisəsi qeydə alınıb. Şimali Konqoda otuz, Uqandada isə iki hal təsdiqlənib. Yoluxanlar arasında müalicə üçün Almaniyaya köçürülən ABŞ vətəndaşı da var./Unikal/

 

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05