USTADI çoxdan tanıyırdım. Göyçə mahalından. Yəni RUHUMDAN. Ev-eşik boşalan şeydi, RUH isə yox. Hardasa, nə bilim illər öncə idi və nə bilim Mirşahin Ağayev həm də USTAD dediyim insan idi.
SİNXRON: (Yardımlıya getmişdim və… (ürək xəstəsi olduğum üçün sonuna qədər hamıdan fərqli olaraq nəfəs ala bilmirəm). Göyçədən sonra Yardımlıda nəfəs aldım).
Mirşahin USTADI ilk dəfə görən də o NƏFƏSİ hiss etdim. Həm də “yardım” olduğuna görə yox.
Akademik ZİYA BÜNYADOV güllələn gün USTAD mənə tapşırıq verdi:” Eldəniz, ciddi işlə”.
GÖRÜNTÜ( aydın oldu ki, hər şey hazırdı, kaset götürməmişik).
Və… Mirşahin Ağayev mənə zəng etdi
-Necəsən?
-Yaxşı
ANS-ə gələ bilərsənmi, söhbət edək?
-USTAD,olur.
Və indi öz yuvamdayam.
Vahid Mustafayev …bir lahiyyə ilə bağlı
SİNXRON “ Eldəniz,bilirdim ki, bunu edəcəksən”
Mirşahin Ağayev… hər dəfə məni görəndə söz demədən qucaqlaması.
SİNXRON: “Hər şey yaxşıdımı?”
Söz dedi.
Seyfulla Mustafayev,… “Aha, neyniyəcəyik?”
Bu günkü cavab …
Hər şey qaydasındadı.
Mirşahin Ağayevə isə SÖZÜM.
SİNXRON “USTAD, doğum gününə görə yox, var olduğuna görə VAR ol”
P.S. Rəşadətin sistemi
www.yenicag.az