!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Valverde “Barselona”dan qovulur

!Reklam – Yazi

İspaniyanın “Barselona” klubu mövsümün sonunda baş məşqçisi Ernesto Valverde ilə yollarını ayıracaq.

Yenicag.az xəbər verir ki, bu iddia ilə “Marca” nəşri çıxış edib. Kataloniya təmsilçisinin rəhbərliyi komandanın Çempionlar Liqasında mübarizəni dayandırmasından narazıdır.

Yeni müqavilənin imzalanmasına baxmayaraq, Direktorlar Şurası 55 yaşlı mütəxəssisin klubdakı taleyini müzakirə edəcək və böyük ehtimalla, o, komandadan ayrılacaq. Rəhbərlik həmçinin ümidləri doğrultmayan Filippe Koutinyo ilə də əməkdaşlığa son verəcək.

Qeyd edək ki, “Barselona” Ernesto Valverdenin rəhbərliyi altında ardıcıl iki mövsüm La Liqanın qalibi olub. Komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Liverpul”a 4:0 (ilk oyun 3:0) hesabı ilə uduzaraq finala çıxa bilməyib.

www.yenicag.az

1633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv