!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Var-dövləti ilə göz qamaşdıran NAMİZƏD: Sabir Hacıyevin və oğlunun biznes “imperiyası” – DETALLAR

!Reklam – Yazi

Parlament seçkiləri ilə bağlı apardığımız araşdırmalarda haqqında bəhs etdiyimiz isimlərin çoxu bu il də mandatını qorumaq üçün əlindən gələni edirlər.

Sözsüz ki, araşdırma apardığımız insanlarla əlaqəli yazılarımızda onların deputatlıq fəaliyyətinin uğursuzluqlarını dəfələrlə göstərsək də, görünən odur ki, haqqında bəhs etdiyimiz şəxslər “ülvi hisslərlə” bağlı olduqları kreslolarından vaz keçmək istəmirlər.

Yenicag.az-ın qalmaqallı deputatlarla bağlı apardığı araşdırmada indi də Milli Məclisin III, IV, V və VI çağırış deputatı olan Sabir Hacıyevi “qonaq” etdik.

19 ildir deputat olan Sabir Hacıyev, əsasən, parlamentdə susqunluğu ilə yadda qalsa da, o, bütün bunlara məhəl qoymayaraq, yenidən mübarizəyə qoşulduğunu bəyan edib.

88 saylı Göyçay seçki dairəsinin (hazırda 91 saylı Göyçay seçki dairəsidir – red.) 2005-ci ildən deputatı olan Sabir Hacıyev mediada ötən il sədri olduğu Vətəndaş Birliyi Partiyası ləğv edilməsi ilə qalıb. Deyəsən, bir özü, bir də portfeli olan “müxalifətçi” partiyasından vaz keçsə də, deputatlıq şansını itirmək niyyətində deyil.

Xülasə, keçək Sabir Hacıyevin adının mediada hallandığı məsələlərə. Qeyd edək ki, Sabir Hacıyev kifayət qədər imkanı və biznesi olan deputatlardandır. Apardığımız araşdırmalardan da bəlli olur ki, Mərkəzi Amerika ölkəsi olan Belizdə deputat Sabir Hacıyevin ailə üzvlərinin və qohumlarının biznesi məşhurdur. Elə İngiltərə və Maltada da həmçinin…

Dövri mətbuatın məlumatlarında qeyd olunur ki, Sabir Hacıyevin kiçik oğlu Kamal Hacıyev, bir tərəfdən, Karib dənizi, digər tərəfdən də qalın cəngəlliklər ilə əhatələnmiş keçmiş ispan koloniyasında şirkətlərini qeydiyyatdan keçirən zaman 25 yaşı vardı.

“O zaman K. Hacıyev Londondakı “Regent’s Business” məktəbini qlobal biznes menecment ixtisası üzrə yeni bitirmişdi. Bu məktəb Körfəz ölkələri, Asiya və postsovet məkanından olan tələbələr üçün populyardır. Kamal Hacıyevin 2009-cu il fevralın 11-də Belizdə qeydiyyatdan keçirdiyi “Rossmore LTD” və “Firstcity LTD” (qeydiyyat nömrəsi RA000693_81330) şirkətləri Beliz siti şəhərinin Corner Eyre və Hudson küçələrinin kəsişməsindəki “Blake Building” ofis mərkəzində fəaliyyət göstərir. Hər iki şirkətlə bağlı sənədlərdə deputatın oğlu Kamal Hacıyevin adı çəkilir. Həmin şirkətlər üzərindən Londonda daha 3 şirkətin təsis olunduğu da söylənilir”, – deyə məlumatda qeyd olunub.

Yazıdan da göründüyü kimi, S. Hacıyev parlamentdəki kürsüsündə səssiz-səssiz oturaraq, bəzi deputat həmkarları kimi Azərbaycanı çapıb-talamaqdansa, arealını bir az da genişləndirib var-dövlətini Mərkəzi Amerikaya daşımağı daha üstün tutub. Sözsüz ki, bizim deputatların bəziləri Milli Məclisdə xalqın dərdinə yanmaqdansa, özlərinə var-dövlət yığmağı əsas vəzifə ediblər. Belə görünür, Sabir müəllim də öz biznes imperiyasını genişləndirməyi üstün tutub.

Mövzunu davam etdirəcəyik…

COP29

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv