!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vardanyanı müdafiə edən vəkil Avraam Berman kimdir? - FOTO / DOSYE

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin iclasları davam etdirilir.

Yenicag.az xəbər verir ki, Vardanyanın hüquqlarını Avraam Berman müdafiə edir.

Onun haqqında açıq resurslardan toplanmış məlumatları təqdim edirik:

Yəhudi əsilli Avraam Berman Şirinbalayeviç 6 ildir vəkillik fəaliyyəti ilə məşğuldur. 2007-2011-ci illərdə Dövlət Universitetində kriminologiya üzrə bakalavr, Sankt-Peterburq Universitetində mülki hüquq üzrə magistr təhsili alıb. Arbitraj hüququ, beynəlxalq kommersiya hüququ, müqavilələr hüququ və vərəsəlik hüququ üzrə ixtisaslaşan Berman Bakı Apellyasiya Məhkəməsində cinayət işləri üzrə böyük məsləhətçi kimi çalışıb. Azərbaycan, rus və ingilis dillərini bilir.

Qeyd edək ki, Avraam Berman hazırda erməni mətbuatının ən çox bəhs etdiyi azərbaycanlıdır.

www.yenicag.az

178
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv