“Naxçıvan Otellər Qrupu”nun baş direktoru və qanuni təmsilçisi Elgün Məmməd oğlu Məmmədov vəzifəsindən azad edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl “Nəqşicahan Group”a məxsus olan “Saat Meydanı” MMC (“Saat Meydanı” oteli) və “Otel Qrand Naxçıvan” MMC “Naxçıvan Otellər Qrupu” MMC-yə qoşulduğunu elan edib.
Naxçıvan Muxtar Respublikasında qeydiyyata alınan bu şirkətlər daha əvvəl Ali Məclisin sabiq sədri Vasif Talıbova və onun yaxınlarının nəzarəti altında olub. /Qaynarinfo/
www.yenicag.az