!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqton və Londondan Ər-Riyada qorxulu xəbərdarlıq: Nazirlərin səfəri ləğv edildi

!Reklam – Yazi

ABŞ və Böyük Britaniyalı nazirlərin Səudiyyə Ərəbistanına planlaşdırılan səfəri baş tutmayacaq.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və Böyük Britaniyanın beynəlxalq ticarət naziri Liam Foks səudiyyəli jurnalist Camal Qaşıqçının aqibətinin qeyri-müəyyən qalmasına etiraz olaraq, Ər-Riyadda keçiriləcək inverstorların beynəlxalq konfransına qatılmaqdan imtina ediblər.

ABŞ və Böyük Britaniyalı nazirlərin Səudiyyə Ərəbistanına planlaşdırılan səfərdən imtina etmələri Ər-Riyadın Vaşinqton və Londonla ciddi problemlərinin yaranacağına dair ilkin siqnal kimi dəyərləndirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının liderlərini, o cümlədən, vəliəhd şahzadəni açıq şəkildə tənqid edən Qaşıqçı oktyabrın 3-də bu ölkənin İstanbuldakı Konsulluğuna gedib və həmin tarixdən etibarən, jurnalistdən heç bir xəbər yoxdr. Türkiyənin hüquq-mühafizə orqanları Qaşıqçının öldürüldüyünə şübhə etmir.

Bu gün Türkiyənin bəzi rəsmi şəxsləri Qaşıqçının cəsədinin İstanbul kənarına – meşəyə, yaxud da hansısa fermer təsərrüfatına aparıldığı bildiriblər. Bu açıqlamalardan sonra yerli polis axtarış radiusunu xeyli genişləndirib.

Lakin Səudiyyə Ərəbistanının rəhbərliyi jurnalistin qətlində iştirakla bağlı ittihamlarla razılaşmır və hadisənin hərtərəfli təhqiq olunacağını bəyan edib.

COP29

www.yenicag.az

2482
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv