Vaşinqtonun regional nüfuzu sual altında: İran dronları Körfəz dövlətlərini seçim qarşısında qoyur"

media-hightechnic-468x90

“Bu hal İranın təhlükəsizlik strategiyasının təbii davamı kimi qiymətləndirilməlidir”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında Beynəlxalq Təhlükəsizlik Strategiyaları üzrə mütəxəssis Dr. Suzan Ezgi Kösalı deyib.

media-9f009135-7ff8-4974-a8f5-e87e576dc211

O, İranın kamikadze dronlarının hədəfi tam dəqiqliklə vurması ilə bağlı fikirlərini səsləndirib.

Ekspert bildirib ki, İran hərbi potensialından istifadə edərək Körfəzdə ABŞ-nin təhlükəsizlik çətirinin xərc–fayda balansını sual altına alan strateji təzyiq formalaşdırır:

“Bu mənzərə Körfəz dövlətlərini təhlükəsizliklərini yalnız ABŞ-yə bağlamaq əvəzinə, riski bölüşdürən, daha çevik və çoxqatlı təhlükəsizlik strategiyası axtarışına yönəldə bilər.

İranın dronlarla hədəfləri vurması əslində son dövrdə ortaya çıxmış bir hal deyil. Əksinə, uzun illər ərzində qurulmuş hərbi potensialın nəticəsi kimi qiymətləndirilməlidir. Hətta İranda yerli pilotsuz uçuş aparatlarının ilk seriyalı istehsalının İran–İraq müharibəsi (1980–1988) dövrünə qədər uzandığı məlumdur. Xüsusilə sanksiyaların sərtləşməsi ilə İran müdafiə strategiyasında asimmetrik və aşağı maliyyətli texnologiyalara yönəldi. Bu yanaşmanın mərkəzində isə pilotsuz uçuş aparatları dayanır.

Bu gün İran kəşfiyyat, zərbə və kamikadze kateqoriyalarında geniş inventara malikdir. “Shahed” dronları, “Mohajer” və “Ababil” platformaları bu potensialın ən tanınmış nümunələrindəndir. Rusiya–Ukrayna müharibəsində bu dronların intensiv istifadəsi İran texnologiyasının real döyüş şəraitində sınaqdan keçirildiyini göstərdi. Xərc–effektivlik və seriyalı istehsal imkanları baxımından bu vasitələr əhəmiyyətli üstünlüklər yaradır. İranın bu texnologiyanı regionda “Hizbullah”, husilər və İraqdakı çoxsaylı şiə silahlı qrupları ilə paylaşdığı da məlumdur. Bu, kritik məqamdır, çünki ötürülən texnologiya eyni zamanda vəkil qüvvələr tərəfindən Körfəz ölkələrinə qarşı istifadə oluna bilər. Bu vəziyyət İranın regional çəkindirmə strategiyasının tərkib hissəsidir; əsas məqsəd aşağı maliyyətli vasitələrlə rəqibləri davamlı təzyiq altında saxlamaqdır.

Beləliklə, İranın dron vasitəsilə hədəfi vurması təkbaşına “texnoloji sıçrayış” anlamına gəlmir. Çünki İran bu potensialı illərdir inkişaf etdirir. Lakin belə addımlar İranın dron ekosisteminin yetkinləşdiyini və operativ baxımdan effektiv şəkildə istifadə olunduğunu göstərir. Dronların asimmetrik çəkindirmə arxitekturasının ən kritik elementlərindən biri olduğunu anlamaq baxımından sözügedən cavab zərbəsi diqqətəlayiqdir. Bu hal İranın təhlükəsizlik strategiyasının təbii davamı kimi qiymətləndirilməlidir. Körfəzdə və Yaxın Şərqin müxtəlif bölgələrində bu tip hücumların baş verməsi artıq istisna hal sayılmır”, — deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05