!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Vecsizlik, həvəssizlik…” – Qarabağ müharibəsi kinomuzda niyə əksini tapmayıb?

!Reklam – Yazi

 

İkinci Qarabağ Müharibəsindən dörd ilə yaxındır ki, vaxt keçir. Amma hələ də kinomuzda Qarabağ müharibəsini əks etdirən, ümumiyyətlə, bu mövzunu əhatə edən filmlər çəkilməyib. Niyə çəkilmir, səbəb nədir, nəyi gözləyirik?

Yenicag.az-a danışan tanınmış rejissor Namiq Ağayev bunun səbəblərini açıqlayıb.

Rejissor ilk növbədə əsas səbəb kimi psixoloji məqam, maliyyə problemini əsas gətirib:

Qarabağ müharibəsi, xüsusən ön cəbhə mövzusunda film çəkmək bir məsuliyyətdir. Birdən pis çıxsa, düşüncəsi eyni zamanda, o halda cəmiyyət tərəfindən qınanılmaq qorxusu var. Buna görə risk edən yoxdur. Bu, psixoloji parametr əsas rol oynayır. Eyni zamanda büdcə problemi də var.

O, iş adamlarının bu işə yatırım qoymasını vacib sayıb:

“İş adamları heç olmazsa, Qarabağ mövzusunda çəkiləcək filmlərə təmənnasız yatırım etməlidirlər. Heç olmazsa, kinoya xərclənən maliyyə vergidən azad olunsun. Ortalıqda bu işlə məşğul ola bilən icraçı insanlar və qurumlarda bir lənglik var. Ümumiyyətlə, bu atmosferdə bir həvəssizlik, vecsizlik var”.

Cəvahir

COP29

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv